Gəlinlik paltarlarını qəsdən məhv edənin sifarişçisi qadın imiş

8 İyul 2016 13:36 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da Bakı şəhər sakini S.Qurbanovaya məxsus gəlinlik paltarları satışı mağazasında yağ və benzinlə qarışan məhlulu paltarların üzərinə tökərək əmlakı qəsdən məhv edən şəxsin paytaxt sakini Xalıq Həşimzadə olması müəyyən edilib.

Hadisəni sifariş edən Bakı şəhər sakini Leyla Ağayeva tutulub.