Avstraliyada kuryoz olay - Koala evi zəbt etdi (Fotolar)
8 İyul 2016 14:56 (UTC+04:00)
AzNews.az "The Dodo"ya istinadən xəbər verir ki, ailə üzvləri evlərinin koala tərəfindən zəbt edildiyini görüb. Hadisə Avstraliyanın Yeni Cənubi Uels ştatında baş verib. Mişel Qudmen və Viki Heyns "çağırılmamış" qonağın evə itlər üçün qapıdan daxil olduğunu müəyyən edib. Məlum olub ki, koala evdə məskunlaşıb və hətta evin ən yaxşı yerini də tapıb.
Qudmenin sözlərinə görə, evə girəndə elə təəssürat yaranıb ki, sanki "qonaq" televizora baxmaq üçün divana oturub. Yeni sakin evin sahiblərindən qorxmayıb, əksinə aydın şəkildə "başa salıb" ki, mənzil artıq ona məxsusdur.
Qudmen və Heyns koalaların qorunması üzrə cəmiyyətə müraciət ediblər. Cəmiyyətin əməkdaşları hadisə baş verən əraziyə gələrək koalanı evi tərk etməyə "razı salıblar".
Aydan AXUNDOVA
