Ağcabədidə ağır qəza - 2 nəfər öldü

8 İyul 2016 15:59 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 7-də saat 17 radələrində Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində Siyəzən rayon sakini Vahid Hüseynquliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və sərnişinləri, rayon sakini Şəhriyar Dədəkişiyev və Ağcabədi şəhər sakini Mətanət Məmmədova xəstəxanaya yerləşdiriliblər.

V.Hüseynquliyev və Ş.Dədəkişiyev orada ölüblər.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.