Prezident son dəfə çıxış etdi - İstefa verdi

8 İyul 2016 16:09 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2 dəfə 6 illik müddətə prezident seçilən Fişer Federal Məclis önündə son dəfə çıxış edib. Çıxışı zamanı Fişer ölkəsini Avropa İttifaqından çıxmamağa və qaçqınlara hörmətlə yanaşmağa çağırıb.

Qeyd edək ki, 77 yaşlı prezidentin postdan getməsi münasibətilə təşkil edilən mərasim ölkənin yeni liderinin inaqurasiyası ilə başa çatmalı olub. Lakin Avstriyanın Konstitusiya məhkəməsi tərəfindən mayın 22-də keçirilən prezident seçkilərinin 2-ci mərhələsinin nəticələrinin ləğv edilməsindən sonra proqramın bu hissəsi ləğv edilib.

Avstriya konstitusiyasına əsasən, ölkənin başçısı vəzifəsi Milli Məclisin (parlamentin aşağı palatası) 3 sədrinə keçir. Onlar isə bu vəzifəni kollegial qaydada icra edəcəklər. Oktyabrın 2-nə təyin edilən prezident seçkilərinin 2-ci turunun nəticələrinə əsasən, yeni prezidentin inaqurasiyası bu ilin noyabrında həyata keçiriləcək.

Xatırladaq ki, Haynts Fişer 2004-cü il iyulun 8-dən Avstriya prezidenti vəzifəsini icra edib.

Aydan AXUNDOVA