Mövsümə “Qarabağnamə” ilə yekun vurulacaq

8 İyul 2016 17:11 (UTC+04:00)

Teatrdan AzNews.az-a verilən məlumata görə, tamaşa Xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

Qeyd edək ki, rolları xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Ramiz Məlik, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Aslan Şirin, aktyorlar Şəhla Əliqızı, Rövşən Kərimduxt, Anar Heybətov, Sərdar Rüstəmov, Əminə Babayeva, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Elnur Qədirov, Rada Nəsibova, Günel İmanova ifa edirlər. Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadədir.

AzNews.az