Aşıq Telli danışdı: “İnsan kirayə də qalar, ayıbdır məgər?!”

8 İyul 2016 17:30 (UTC+04:00)

Ölkə.az-ın yaydığı məlumatda bildirilir ki, sənətkar uzun illərdir "Xalqlar dostluğu" metrosunun yaxınlığında ikiotaqlı darısqal mənzildə ailəsiylə birgə yaşayır. Qeyd olunur ki, T.Qurbanov ürək xəstəliyindən əziyyət çəkir.

Aşıq Telli məsələ ilə bağlı AzNews.az-a açıqlama verib. Bildirib ki, qardaşının səhhəti ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: "Mənim qardaşım heç vaxt xəstə olmayıb. Sağ-salamat evində və işindədir".

T.Borçalı bu günə kimi qardaşı T.Qurbanovla heç bir zaman küsülü olmadığını vurğulayıb: "Bütün tədbirlərdə bir yerdəyik. Qardaşım 2 deyil, 3 otaqlı evdə yaşayır. İnsan kirayə də qala bilər, ayıbdır məgər? Telli Allahın da, bəndələrinin də yanında təmizdir".

Aşıq Gürcüstana qaçmasıyla bağlı yayılan məlumatlara da aydınlıq gətirib: "Yazırlar ki, guya mən həbs olunmuşam, sonra da ardınca Gürcüstana qaçmışam. Mən Bakıdayam, heç yerə də qaçmamışam".

Bahar RÜSTƏMLİ
AzNews.az