Oğul atanı bıçaqladı

8 İyul 2016 19:42 (UTC+04:00)

Bıçaqlanma hadisəsi Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb. Kənd sakini Hənifəyev Vüsal Əhmədağa oğlu atası - 1960-cı il təvəllüdlü Hənifəyev Əhmədağa Şamil oğlunu ailə münaqişəsi zəminində bıçaqlayıb. Yan tərəfindən bıçaqlanan yaralı Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsində ambulator yardım alaraq evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

APA.az