Bakı-Şamaxı yolunda ağır qəza - Yaralananlar var

9 İyul 2016 11:03 (UTC+04:00)

Mərəzə qəsəbəsi yaxınlığında "Mercedes" və "VAZ 2106" markalı iki avtomobilin toqquşması nəticəsində 54 yaşlı kişi və 4 yaşlı nəvəsi yaralanıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Təhqiqat və istintaq İdarəsində araşdırma aparılır.

Lent.az