İntensiv yağış yağacaq - Növbəti xəbərdarlıq

9 İyul 2016 13:02 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, iyulun 11-i gün ərzində, 12-si gecə və səhər Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Havanın temperaturu tədricən 4°-dək aşağı enəcək.

İyulun 13-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi iyulun 11-12-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.