Daşkəsəndə qəza - Biri azyaşlı olmaqla üç nəfər yaralandı

10 İyul 2016 22:19 (UTC+04:00)

Hadisə rayonun Aşağı Daşkəsən adlanan ərazisində qeydə alınıb.

Rayon sakini 1984-cü il təvəllüdlü Azad Orucovun idarə etdiyi "VAZ 2106" ilə "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində VAZ-ın sürücüsü A. Orucov, onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Aynur Orucova və onların oğlu 2008-ci il təvəllüdlü İlkin Orucov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.


Apa.az