Rövnəq Abdullayev portuqaliyalı futbolçuya mükafat verdi

11 İyul 2016 09:06 (UTC+04:00)

İlk dəfə olaraq bu sponsorluq çərçivəsində stadionlarda ölkə adının görünməsinə icazə verildi və SOCAR Energy of Azerbaijan şüarı ilə təqdim olundu.

Ötən gün keçirilən final görüşünü isə SOCAR prezidenti və digər şirkət rəsmiləri gənc azərbaycanlı futbolçularla birgə izləyib. Şirkətin rəsmi facabook səhifəsində verilən məlumata görə, ölkənin ayrı-ayrı bölgələrindən uşaq futbol məkbəblərindən seçilən uşaqlar final matçını izləmək üçün Parisə aparılıb.

SOCAR yarış üçün mükafat da təsis edib və ən yaxşı gənc futbolçu kimi Portuqaliya milli komandasının yarımmüdafiəçisi Renatu Santeş mükafata layiq görülüb.

Anspress.com