Problemli kreditlərin həcmi xeyli artıb - Azərbaycanda

11 İyul 2016 10:58 (UTC+04:00)

Ödənişi gecikdirilmiş kreditlərin həcmi aprel ayı ilə müqayisədə mayda 9,6 faiz artaraq 1514,2 milyon manat təşkil edib.

Bu kreditlərin bankların kredit portfelində payı aprelin sonuna olan 7,4 faizə nisbətdə 8,3 faizə çatıb.

Qeyd edək ki, Azərbaycanda 37 bank fəaliyyət göstərir.

Trend.az