Bakıda qaçırılan maşın İsmayıllıda tapıldı

11 İyul 2016 14:27 (UTC+04:00)

AzNews.az xəbər verir ki, iyulun 10-da DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən ötən il mayın 23-də Nəsimi rayonu ərazisindən qaçırılıb, Bakı şəhər sakini Ramin Qəniyevə məxsus "Hyundai" markalı avtomobilin Qaraməryəm-İsmayıllı yolunda hərəkətdə olması müəyyən edilib.

Görülmüş tədbirlərlə avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılan, sürücü, Ağsu şəhər sakini İrfan Əhmədov, sərnişinlər Mirsadıq Seyidov və Xəzər Həsənov araşdırmalar aparılması üçün İsmayıllı RPŞ-yə təhvil veriliblər.