Azərbaycanda abituriyentlər ən çox bu ixtisasları seçirlər

12 İyul 2016 10:39 (UTC+04:00)

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib.

Açıqlamaya görə, bu, onunla əlaqədardır ki, abituriyentlərə həm I-IV ixtisas qruplarından biri, həm də V ixtisas qrupu üzrə sənəd verməyə icazə verilir.
Digər tərəfdən ötən ildən fərqli olaraq, bu il qabiliyyət imtahanları üzrə seçmə turlar ləğv olunub və abituriyentlərin daha rahat şəkildə TQDK-nın internet saytında elektron qeydiyyatdan keçmələri üçün "qabiliyyət imtahanlarına qeydiyyat" sistemindən istifadə edilib.

Bu il tələbə adını qazanmaq istəyən abituriyentlərin əksəriyyəti sənədlərini I və II ixtisas qruplarına veriblər.

Komissiyadan deyilib ki, ixtisas qrupları üzrə qeydiyyatdan keçənlərin sayına diqqət yetirsək, mühəndislik (I qrup), iqtisadiyyat və idarəetmə (II qrup) ixtisasları üzrə təhsil almaq istəyənlərin sayının daha çox olduğunu gözləmək olar.

Xatırladaq ki, bu il tələbə adını qazanmaq istəyən abituriyentlərin əksəriyyəti sənədlərini I və II ixtisas qruplarına veriblər.

Modern.az