Ölkədə olmayan azərbaycanlıya cərimə yazıldı

12 İyul 2016 12:12 (UTC+04:00)

Bunu Qazaxıstanda yaşayan Rəşad Əlizadə onun adına yazılan yol hərəkəti qaydalarını pozmasıyla bağlı yazılan protokol haqqında danışarkən deyib.

R.Əlizadə bildirib ki, onun adına yazılan cərimə əslində tamamilə başqa avtomobilə yazılıb:

"Mənim heç vaxt tanımadığım və markasını bilmədiyim 99-GX-207 nömrəli avtomobillə haqqımda protokol tətbiq edilib. Kamran Əliyev isə deyir ki, güya mənim o maşına etibarnaməm var. Yanlışınız varsa, lütfən, yanlışınızı düzəldin. Yoxdursa, lütfən bu saxta etibarnamənin hansı notarius tərəfindən verilməsini araşdırın və əsl zabit vicdanı ilə bu işi boşa almayın. Mən Azərbaycan Respublikasının həm vətəndaşıyam, həm də Azərbaycan Respublikasına əlavə vətəndaş qazandırmışam. Hərbi xidmətimi qanuni yolla, xüsusi mükəlləfiyyətlə başa vurmuşam. İki ali təhsilim var. Kamran bəy buyurdu ki, qurumun elektron ünvanına müraciət edim və mən də bunu etdim. Tələb edirəm ki, bu işi sonuna qədər araşdırılsınvə mənim sürücülük vəsiqəmə kiminsə ricasına görə qoyulan 4 bal aradan qaldırılsın. Hər halda mənim konstitutsion hüququmdur ki, Dövlət Yol Polisi və Daxili İşlər Nazirliyini Azərbaycanda, eləcə də Avropada məhkəməyə verim".

Cebhe.info