“Qarabağ” üçün ÇL sınağı

12 İyul 2016 14:03 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" 2016/17 mövsümündə ilk matçına çıxacaq. Ağdam təmsilçisi evdə Lüksemburq çempionu "Düdelanj"la qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 21:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 20-da Lüksemburqda keçiriləcək.

12 iyul Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu - 21:00

"Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq)

Baş hakim: Orel Qrinfild
Yan xətt hakimləri: Danni Krasikov, İdan Yarkoni
Dördüncü hakim: Menaşe Masiah (hamısı İsrail)