Bağırsağından bahalı narkotik çıxdı

12 İyul 2016 14:11 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Astara Gömrük Sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və onun üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı onun daxili orqanından xalis çəkisi 48.41 qram təşkil edən narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Əməliyyat Astara sərhəd nəzarət məntəqəsinin əməkdaşları ilə birgə keçirilib.

Faktla bağlı araşdırma aparılır.