Azərbaycanlı futbolçu “Trabzonspor”da - 2 milyona yaxın qonorar

12 İyul 2016 14:53 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Trabzonspor" 20 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıb. Şeydayev yeni klubunda 4 il ərzində 1 milyon 630 min avro qazanacaq.

AFFA Şeydayevin Azərbaycan yığmasında oynaması üçün onunla danışıqlar aparır. Maraqlısı ondadır ki, Ramil Şeydayevlə bağlı Türkiyə mətbuatının heç birində futbolçunun Azərbaycan əsilli olması ilə bağlı bir cümlə belə yoxdur.

Aygün