Bakı sakini intihar etdi

12 İyul 2016 15:06 (UTC+04:00)

Hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

Rayonun Z.Xəlilov küçəsi, ev 59, mənzil 62 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Anar Xəlilov yaşadığı evdə özünü iplə qaz borusundan asaraq intihar edib.

Hüquq-mühafizə orqanlarının apardıqları ilkin araşdırma nəticəsində A.Xəlilov ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Report.az