Gürcüstanda zəlzələ oldu - Azərbaycanda da hiss edildi

12 İyul 2016 15:37 (UTC+04:00)

Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzindən AzNews.az-a verilən məlumata görə, yerli vaxtla 14:14- də Qazaxdan 94 km şimal-qərbdə Gürcüstan ərazisində maqnitudası 5,2 olan zəlzələ qeydə alınıb.

Dərinliyi 13 km olan zəlzələ Azərbaycanın yaxın yaşayış məntəqələrində 3 baldan artıq hiss olunub.