Bunları etmədən arıqlayanlar kökəlmək üçün yalvaracaqlar...

12 İyul 2016 17:00 (UTC+04:00)

Bu bir həqiqətdir ki, artıq çəki müasir dövrün ən böyük problemlərindəndir. Dünyanın bir çox ölkələri, xüsusən də, inkişaf etmiş dövlətlərin xalqları piylənmə ilə mübarizədə acizdirlər. Odur ki, hər ötən gün bu problemə qarşı yeni müdaxilə yolları sınaqdan çıxarılır. Çoxunun nəticəsi isə təəssüf ki, müvəqqəti xarakter daşıyır. Odur ki, arıqlamağa qərar verərkən yaxşı-yaxşı fikirləşin. Elə bir yol seçin ki, onu həm də həyat tərzinizə çevirə biləsiniz.

Nə demək istədiyimi daha detallı izah etməyə çalışacağam.



Arıqlamağa qərar verdiniz. İlk ağlınıza gələn təbii ki, qidalanmanız olacaq. Hətta tutaq ki, uğurlu bir dieta proqramı tətbiq edərək arıqladınız da. Sadəcə dieta ilə arıqlamağa nail oldunuzsa, qarşılaşdığınız mənzərə sizi daha böyük xəyal qırıqlığına uğrada bilər. Hətta çıxış yolunu yenidən çəkinizi qaytarmaqda da görə bilərsiniz. Bunun səbəbi sallanan, sizi daha da çirkinləşdirən dərinizdir. Bədəninizin və üzünüzün bir çox nahiyələrində ortaya çıxacaq sallanmalar bütün əziyyətinizi hədər, xəyallarınızı puç edə bilər.

Bəs nə etməliyik?



Etməli olduğunuz arıqlamağa kompleks yanaşmadır. Nə qədər su içib, nə yeməyinizdən tutmuş, üz və bədənə qulluğa qədər hər addıma diqqət etməlisiniz.

Təbii ki, ilk addım qidadan başlamaqdır. Qida rasionunuzla bağlı özünüz də düzgün qərar verə bilərsiniz. Məsələn, sevdiyiniz qidaların əksini tapdığı bir dieta proqramı ilə uğurlu nəticə əldə edə bilərsiniz. Lakin bu məsələdə də bir mütəxəssis fikri yaxşı olardı. Bu sahənin mütəxəssisləri qida rasionunu müəyyənləşdirərkən kor-koranə davranmır, orqanizminizin xəstəlikləri, çatışmazlıqlarını müəyyənləşdirir və proqram tərtib edərkən nəinki xoşunuza gələn meyvə və yeməklərə, həm də səhhətinizə ziyan vurmayacaq qidalara üstünlük verirlər.

Diyetoloqlar və onların tərtib etdiyi proqramlar özü qərar verə bilməyənlər üçün xüsusilə vacibdir. Nə yediyinə, nəyi nə vaxt yeməli olduğuna qərar verə bilməyənlər məhz dietoloqun diqtəsinə ehtiyac duyurlar.

İdman, kompleks arıqlamanın ən vacib elementidir. Unutmayın, sadəcə idman etməklə arıqlaya bilməzsiniz. Qida rasionunu düzgün müəyyənləşdirdikdən sonra idmanla intensiv məşğul olmaq barədə düşünməlisiniz.



Diqqət etmişəm ki, idman edən xanımlar buna arxayın olub çox yeyirlər. Tutaq ki, bir saat idmanla məşğul olubsa, düşüb kafedə yemək və şirniyyat yeyir. Sonra soruşur ki, niyə arıqlamır. Hətta "İdmana da getdim, heç bir kömək etmədi, əksinə kökəldim" deyənlər də var. Unutmayın ki, idman edənlərin çox yeməsi daha çox kökəlməyə səbəb olur.

Qida və idman kompleks arıqlamanın sadəcə iki şərtidir. Burada vacib amillərdən biri də bədənə qulluqdur. Arıqlayarkən bədənə qulluq etməyin niyə bu qədər əhəmiyyətli olduğunu bilmək istəyirsiniz?

Tutaq ki, özünüz bir dieta proqramı seçib onu uğurlu şəkildə tətbiq edə bilərsiniz. Qaçmaq, iplə tullanmaq, sürətli gəzməyi seçməklə bir mütəxəssis olmadan idman edə bilərsiniz. Amma bədəninizə qulluqda mütləq məsləhətləşməli olduğunuz peşəkar olmalıdır. Niyə peşəkar?



Mərkəzimizin fəaliyyətinin ilk illərində bu sahənin peşəkarlarından dərs aldıq. Öyrəndik və qəti əmin olduq ki, bədənə qulluqda fərdi yanaşma tələb edilir.

Biz hər qonağımıza uyğun arıqlama proseduraları tətbiq edirik. Amma onlara əvvəlcədən mütləq xəbərdarlıq edirik: Qidasına fikir verməyən xanımlara arıqlama proseduralarını tətbiq etməyin əhəmiyyəti yoxdur. Düzgün arıqlamağı seçərək bədəninə qulluq göstərmək istəyənlərə müxtəlif vasitələr təklif edirik. Məsələn, sarğılar, əzələləri bərkidən xüsusi avadanlıqlar, mezoterapiya, mənim xüsusilə üstünlük verdiyim əl masajları bu məsələdə qadınlara çox kömək edir.

Tutaq ki, sadəcə həftədə bir dəfə həyata keçirilən mezolar təkbaşına çıxış yolu deyil. Mezoterapiyadan çıxan qonağımızı pressoterapiyaya salırıq. Burada xüsusi aparatın köməyi ilə mezoterapiya zamanı vurulan iynələrin səbəb olduğu şişkinlik aradan qaldırılır. Bu prosedurla bədəndəki ödəm təmizlənir. Şişkinlik, su yığılması tamamilə aradan qaldırılır. Haşiyəyə çıxaraq qeyd edim ki, xarici ölkələrin bir çoxunda xəstəxanalara pressoterapiya aparatları qoyulub.



Pressoterapiyadan sonra qonağımız sellülit əleyhinə masaja girir. Bu zaman istifadə edilən yağlar bədəni qidalandırı, sellülitləri yumşaldaraq əriməsinə kömək edir. Daha sonra "stadvak" aparatları ilə dəridəki piy vəziləri parçalanır. Bundan sonra həyata keçirilən sarğılar isə prosesdə çox əhəmiyyətlidir. Belə ki, "sehirli sarğı" adlandırdığım bandajla çox böyük nəticə əldə edirik. Başqa sözlə, bu masaj piyi əridir, şişkinliyi aradan qaldırır, dərini gözəlləşdirir.

Sonrakı mərhələdə talasaterapiya həyata keçirilir. Bu zaman vücuda sürülən məhlul dəridəki toksinləri təmizləyir.

Uzun sözün qısası, qidanıza fikir verir, həftədə heç olmasa iki dəfə idman edir, 3 dəfə bu prosedurlardan keçirsinizsə 20-25 gün ərzində çəkidə də, santimetrlə də ciddi nəticə əldə edəcəyinizə şübhəniz olmasın. Ola bilsin, atdığınız çəki cəmi 1-2 kilo olsun, lakin ölçülərinizdə 10 -15 santimetrlik fərq ortaya çıxacağından əmin ola bilərsiniz. Mərhələlərlə həyata keçirilən bu prosedurun sağlam arıqlamanızdakı faydası müqayisəedilməzdir. İstəyirəm ki, xanımlarımız bir şeyi unutmasin: sürətlə çəki itirmək elə sürətlə də kökələcəyinizə işarədir. Belə ki, sürətlə arıqladığınız zaman bədəndəki su itirilir, çəkicə yüngül yağlar isə qalır. Bizim təklif etdiyimiz qaydada gerçəkləşdirdiyiniz arıqlama zamanı isə bədən su ehtiyatını deyil, toksinləri, yağları itirir.

Odur ki, arıqlamaq üçün kompleks proqram tərtib edin. Unutmayın, qida, idman, bədənə qulluq və su uğurlu arıqlamanın ayrılmaz tərkib hissəsidir. Çəki atmaqda uğurlu nəticə əldə etmək istəyirsinizsə, sadalananların hər birinə diqqət etməlisiniz. Sağlam arıqlamaq üçün əvvəlcə endikrinoloqa, sonra diyetoloqa getməlisiniz. Gözəl arıqlamaq üçün diyetoloqla yanaşı bədəninizə də qulluq etməlisiniz.

Bunun üçün mərkəzimizə müraciət etməyiniz kifayətdir. İstər sağlam, istər gözəl arıqlamaqda sizə yardımçı ola bilərik. Yalnız bu zaman arıqlamaq sizə yaraşacaq. Özünüz də görəcəksiniz ki, nə üz cizgilərinizdə, nə də bədəninizdə köklüyün, yaşlılığın əlamətləri qalmayacaq.

Nazənin Axundova - "Sultan Saba" Sağlamlıq mərkəzinin rəhbəri
Xüsusi olaraq AzNews.az üçün