Hindistanda iğtişaş - 31 ölü, 1300 yaralı

12 İyul 2016 20:27 (UTC+04:00)

Etiraz aksiyası nəticəsində 31 nəfər həlak olub, 1300 nəfərdən çox insan isə yaralanıb.

Kəşmirdə kütləvi etiraz aksiyaları Hindistanda terrorçu kimi tanınan, "Hizb-ul-mücahidin" dəstəsinin fəallarından olan 21 yaşlı Burhan Müzəffər Vanın aradan qaldırılmasından sonra baş verib.

Məlumata görə, həlak olanlar arasında polis əməkdaşları da var. Bundan başqa, 1365 nəfər yaralanıb ki, onlardan 279-u artıq müxtəlif xəstəxanalara yerləşdiriliblər.

Eyni zamanda Kəşmir KİV-ləri iğtişaşlarda minlərlə yaralının olduğunu və onların yarısının xəstəxanada yerləşdirildiyini bildiriblər.

Jamu və Kəşmir əhalisinin əksəriyyətinin müsəlmanlardan ibarət olan yeganə ştatlardır. Separatçılar burada Pakistana qarşı birləşərək fəaliyyət göstərirlər.

Kəşmirlə Hindistan və Pakistan arasında rəsmi sərhəd yoxdur, buranı yalnız iki dövlətin ordusunun nəzarəti ayırır.


Anspress.com