“Qarabağ“dan möhtəşəm qələbə - Video + Yenilənib

12 İyul 2016 22:57 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" 2016/17 mövsümündə ilk matçına çıxır.

Ağdam təmsilçisi evdə Lüksemburq çempionu "Düdelanj"ı qəbul edir. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 20-da Lüksemburqda keçiriləcək.

Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu

Baş hakim: Orel Qrinfild

Yan xətt hakimləri: Danni Krasikov, İdan Yarkoni

Dördüncü hakim: Menaşe Masiah (hamısı İsrail)

21:07
***

Oyunun 9-cu dəqiqəsində "Qarabağ" oyunçusu Riçard Almeyda hesabı açdı. 1:0

21:23
***

27-ci dəqiqədə Riçard Almeyda hesabı 2:0 edir.

21:37
***

Oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatdı.