“Qarabağ“-“Düdelanj“ qarşılaşmasında aprel şəhidləri anıldı

12 İyul 2016 21:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Report-un Tofiq Bəhramov adına Respublika stadionunda oyunu izləyən əməkdaşının verdiyi məlumata görə, fanatlar bu gün 44 yaşı tamamlanan şəhid polkovnik Raquf Orucovun rəngli şəkli olan böyük plakat nümayiş etdiriblər.

Azarkeşlər "Şəhidlər ölməz, vətən bölünməz" şüarları da səsləndiriblər.