Maskalılar mənzilə basqın etdilər - Ev sahibini öldürdülər

13 İyul 2016 10:49 (UTC+04:00)

Hadisə ötən gecə şəhərin Dədə Qorqud küçəsində bina 19 ünvanında qeydə alınıb. Bir neçə maskalı şəxs Famil Bayramovun mənzilinə girərək, pul tələb edib. Maskalılar onlara heç nə verməyən 1949-cu il təvəllüdlü F. Bayramovu döyərək öldürüblər. Onun həyat yoldaşı, 1947-ci il təvəllüdlü Gülnaz Məmmədovanı da döyərək, ona ağır bədən xəsarətləri yetiriblər. Qadın Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

APA.az