Əliyev, Putin və Ruhani Bakıda görüşəcək - Tarix açıqlandı

13 İyul 2016 10:52 (UTC+04:00)

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İran XİN rəhbərinin müavini İbrahim Rahimpur məlumat verib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin görüşü avqustun 8-də Bakıda keçiriləcək.

Aydan AXUNDOVA