“Trend” Bako Saakayanı Dağlıq Qarabağın prezidenti kimi təqdim etdi

23 Noyabr 2012 12:45 (UTC+04:00)
Azərbaycanın "Trend" xəbər agentliyinin Bako Saakyanı Dağlıq Qarabağ respublikasının prezidenti kimi təqdim etməsini Armenpress.am saytı manşetinə çıxarıb.

Erməni saytı bu faktdan istifadə edərək, Azərbaycanın Dağlıq Qarabağ respublikasını qeyri-rəsmi də olsa, tanıdığını iddia edib. Bundan əlavə, ölkənin aparıcı saytının bu cür ifadə işlətməsi Dağlıq Qarabağın tanınması üçünü müsbət hadisə kimi qiymətləndirilib və vurğulanıb ki, bu, Azərbaycanın Dağlıq Qarabağı nə vaxtsa tanıyacağını göstərir.

Qeyd edək ki, "Trend" rus bölməsində bununla bağlı açıqlama verilib. Qısa şəkildə yazı sırf texniki səhvlə əlaqələndirilir.

Sadiq Musa
AzNews.az