Şamaxıda maşın dərəyə aşdı - Sürücü öldü

13 İyul 2016 15:12 (UTC+04:00)

Hadisə bu gün saat 13:30 radələrində rayonun Çöl Göylər kəndi ərazisində qeydə alınıb.

Şamaxı şəhər sakini Həşimov Maarif Arif oğlu 90-BX-297 dövlət nömrə nişanlı, "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Avtomobildə tək olan sürücü M. Həşimov hadisə yerində ölüb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

APA.az