“Qarabağ”a uduzan idmançılardan Bakıda stüardessaya əxlaqsız təklif - Təyyarədə dava düşdü

13 İyul 2016 16:10 (UTC+04:00)

Bu barədə hadisə şahidləri məlumat verib. Belə ki, "Lufthansa" hava şirkətinin təyyarəsi ilə geri dönən "Düdelanj"lı futbolçulardan biri təyyarədəki stüardessaya sataşıb. Futbolçunun əxlaqsız təklifindən sonra ara qızışıb. Onlar həm də təyyarəyə əyləşdikləri andan yüksək səslə danışmağa və gülməyə başlayıblar.

Sərnişinlərin müdaxiləsinin ardından təyyarədə dava düşüb. Təyyarə əməkdaşlarının səyi nəticəsində hadisənin böyüməsinin qarşısı alınıb.

AzNews.az azxeber.com-a istinadən hadisə zamanı çəkilən fotonu təqdim edir: