İstirahət mərkəzində yanğın oldu - Tovuzda

14 İyul 2016 09:28 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Tovuz rayonu, Qoşa kəndində vətəndaşa məxsus ailəvi-istirahət mərkəzində ümumi sahəsi 75 kv.m olan taxta konstruksiyalardan 4 otaqdan ibarət katecin yanar konstruksiyaları 45 kv.m sahədə yanıb.

Katecin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 1:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.