Bakı metrosunda daha bir yenilik - Kino veriləcək
14 İyul 2016 11:26 (UTC+04:00)
Bu barədə AzNews.az-a Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
"Sabah - 15 iyul 2016-cı il tarixində, səhər saat 11:00-da "Gənclik" stansiyasında növbəti sərginin açılışı olacaq. Sərgi Azərbaycan Kinematoqrafiyasına həsr olunub. Burada köhnə filmlərdən kadrlar və çəkiliş prosesindən kadrarxası fotolar nümayiş olunacaq" -deyə Nəsimi Paşayev bildirib.
Layihə "Bakı Metropoliteni" QSC, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə həyata keçirilir.