Ağacları qanunsuz kəsən MMC rəhbəri cərimələndi

14 İyul 2016 13:43 (UTC+04:00)

Şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda müxtəlif cinsli müxtəlif ölçüdə ağac və kol bitkilərinin "Ressan" MMC-nin direktoru Mahir İsmayılovun göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq akt və protokol tərtib edilərək "Ressan" MMC-nin direktoru vəzifəli şəxs qismində 10 000 manat məbləğində cərimə olunub.