Bakıda qadın sürücü qəza törətdi

14 İyul 2016 14:32 (UTC+04:00)

Qəzanı minik avtomobili və marşrut avtobusu törədiblər.

Qəzaya səbəb qırmızı rəngli minik maşınının qadın sürücüsünün səhvi olub. Xanım sürücü qırmızı işığa məhəl qoymayaraq Mirəli Qaşqay küçəsilə hərəkət edən 88 saylı marşrut avtobusu ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib.

Ölkə.az