Avtobuslarda gediş haqqı artacaq?

14 İyul 2016 16:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Nuridə Allahyarova bildirib ki, ancaq bu marşrut xətti üzrə avtobusla sərnişin bu məsafələrdən az məsafə qət edərsə qiymətə təsiri olacaq: "Nümunə olaraq 195 saylı marşrut xəttini götürək. Marşrut xətti Ələt-Bayıl istiqamətində hərəkət edir, ancaq Bayıldan Lökbatana qədər 195 saylı marşrut xəttində gediş haqqı Tarif şurasının qərarına əsasən (məsafə 1km-dən-15 km-dək olduğu əsas gətirilərək) 20 qəpik, Bayıldan Sahilə qədər 35 qəpik, Bayıldan Sənqaçala qədər 60 qəpik, Bayıldan Qobustan qəsəbəsinə qədər 70 qəpik müəyyən edilib. Sərnişinlərimiz məlumatlı olsunlar".