“İlin sonunadək uçot dərəcəsi iki dəfə artırılacaq”

14 İyul 2016 17:35 (UTC+04:00)

Bunu Filadelfiyanın Federal Ehtiyat Bankının (Federal Ehtiyatlar Sisteminin (FED) tabeliyində fəaliyyət göstərir) prezidenti Patrik Harker deyib.

Bununla yanaşı, o qeyd edib ki, ilin sonunadək FED uçot dərəcəsini iki dəfə qaldıra bilər: "Hesab edirəm ki, inflyasiya hədəflənən səviyyəyə gələn il qayıdacaq. Mənim gözləntilərimə görə, ilin sonunadək uçot dərəcəsi iki dəfə artırılacaq".

Britaniyada keçirilən referendumun birjalarda qeyri-müəyyənlik yaratdığını etiraf edən P. Harker qeyd edib ki, ABŞ üçün "Brexit"in təsiri o qədər də ciddi deyil.

Onu da qeyd edək ki, P. Harker FED-in pul-kredit siyasəti ilə bağlı səsverməsində iştirak etmək hüququna malik deyil.

APA.az