Bakıda 20 nəfər saxlanıldı - Qəlyan çəkdiyi üçün

14 İyul 2016 19:13 (UTC+04:00)

Bakı şəhər Baş Polis İdarəsindən AzNews.az-a verilən məlumata görə, əməliyyat və profilaktiki tədbirlər nəticəsində ümumilikdə adları çəkilən rayonlardakı ayrı-ayrı obyektlərdə yetkinlik yaşına çatmayan 20 şəxs qəlyan çəkən zaman müəyyən edilərək saxlanılıb. Hüquqazidd əməllərə yol verən şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.

Bundan əlavə, yetkinlik yaşına çatmayan 3 nəfərin Binəqədi və Nəsimi rayonlarında fəaliyyət göstərən kafe və çay evlərində ofisiant kimi işlədilməsi də müəyyən edilib.
Göstərilən istiqamətdə əməliyyat və profilaktiki tədbirlər davam etdirilir.