Nəvəsinin meyitini iki il buz dolabında saxladı

23 Noyabr 2012 18:00 (UTC+04:00)

37 yaşlı qadının törətdiyi dəhşətli cinayət üzə çıxıb. Saxlanılan qadın öz nəvəsinin qatilidir. İstintaq nəticəsində məlum olub ki, 2009-cu ilin dekabrında təqsirləndirilənin 16 yaşlı qızı evdə uşaq dünyaya gətirib.

Körpənin yaşamasını istəməyən gənc nənə onu 28 dərəcə şaxtada eyvana çıxararaq bir müddət orada saxlayıb. Usaq öldükdən sonra isə qadın ifşa olunacağından qorxaraq nəvəsini çantaya qoyub və buz dolabında gizlədib.

Cinayətin üstünü 2 il sonra qadınla qeyri-rəsmi nikahda yaşayan kişi açıb. O, buz dolabında olan qəribə çantanın içində uşaq meyiti aşkarlayıb və hüquq-mühafizə orqanlarını bu haqda xəbərdar edib. Qadın cinayətini ört-basdır etmək üçün bütün günahı artıq həyatda olmayan keçmiş məşuqunun boynuna atmaq istəsə də, onun təqsiri sübuta yetirilib. Hadisə Rusiyanın Komi Respublikasında baş verib.

Inci
AzNews.az