Azərbaycanlı heykəltəraş Roma Papasının portretini hazırladı - Fotolar

15 İyul 2016 11:41 (UTC+04:00)

Belə ki, azərbaycanlı heykəltəraş Zeynalabdin İsgəndərov Vatikan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Roma papası Fransiskin portretini hazırlayıb. Bunun üçün azərbaycanlı heykəltəraş Romaya dəvət edilib.

Xüsusi materialdan hazırlanan portret Müqəddəs Taxt-Tac-ın Mədəniyyət Nazirliyində Roma Papasının Mədəniyyət məsələləri üzrə nümayəndəsi Monsignor Sancez de Toca Alameyde tərəfindən yüksək qiymətləndirilib və o, bunu yüksək sənət incisi adlandırıb. Azərbaycanlı heykəltəraş Zeyalabdin İsgəndərov Müqəddəs Taxt-Tac-ın Mədəniyyət Nazirliyinə ona göstərilən bu diqqətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, portret artıq Müqəddəs Roma Papasına təqdim olunub və onun tərəfindən yüksək qiymətləndirilib.

atv.az