UNEC-də yeni meqa fakültə yaradılıb

15 İyul 2016 12:03 (UTC+04:00)

AzNews.az xəbər verir ki, qərara əsasən, İnformatika və idarəetmə, Biznes inzibatçılığı və Kommersiya fakültələri ləğv edilərək, onların bazasında Biznes və menecment fakültəsi yaradılıb. Eyni profilli 3 fakültə, bundan sonra fəaliyyətini vahid fakültə kimi davam etdirəcək.

Qərar idarəetməni təkmilləşdirmək və daha səmərəli idarəetmə formalarını seçmək üçün struktur islahatları çərçivəsində verilib.

Qeyd edək ki, bundan öncə UNEC-də Maliyyə və Uçot-iqtisad fakültələri birləşdirilərək, Maliyyə və mühasibat fakültəsi, İqtisadiyyat və sənaye və Beynəlxalq İqtisadi Münasibətlər fakültələri birləşdirilərək, İqtisadiyyat fakültəsi yaradılıb.