Televizor ömrümüzün 10 ilini alır - ARAŞDIRMA

23 Noyabr 2012 19:47 (UTC+04:00)

Britaniya mütəxəssislərinin apardığı araşdırmaya görə, insanlar orta hesabla ömürlərinin 10 ilini televizor qarşısında keçirirlər. Həmçinin bir çoxları verilişlərin təkrarına baxmağa da üstünlük verirlər. Beləliklə, insanlar ömürlərinin 15 faizini itirmiş olurlar.

AzNews.az-ın Raut.ru-ya istinadən verdiyi xəbərə görə, araşdırmaların nəticələri mütəxəssisləri şoka salıb. Hesablamalara görə, qarşıdan gələn Yeni İl tətillərində də insanlar televizora baxmağa üstünlük verəcəklər. Tamaşaçıların 75 faizi illər əvvəl baxdığı filmləri seyr edəcəklər. Orta hesabla, insan ömrünün 16 ayını təkrar verilişlərin seyrinə, iki ilini isə mənasız və lazımsız verilişlərə həsr edir.

Ailələrin 10 faizi yemək yeyərkən belə televizorun qarşısında otururlar. Televizora aludə olanların böyük əksəriyyəti təqaüdçülərdi. Tədqiqatların nəticəsinə görə, 65 yaşdan yuxarı insanlar gündə 5 saatdan artıq televizorun qabağında keçirir.

Belə getsə, insanlar real həyatdan getdikcə təcrid olaraq, həyatlarını boşuna xərcləyəcəklər.

İnci
AzNews.az