İşığın qiymət artımına etiraz: “Bu, əhalinin cibinə girməkdir”

15 İyul 2016 14:14 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bəyanatda deyilir:

" İyulun 14-də Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
iclasda "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib. Bir kilovat-saat elektrik enerjisinin pərakəndə satış tarifi 16 % artırılıb

Ümid Partiyası bəyan edir ki, elektrik enerjisinin qiymətinin artırılması digər yeyinti və sənaye mallarının qiymətinin artmasına da təsir edəcək. Devalivasiyanın baş verdiyi, maaşlarla qiymətlərin uzlaşmadığı, ərzağın qiymətlərinin artığı bir zamanda bu qiymət artımı onsuzda vəziyyəti ağır olan aztəminatlı ailələrin vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxaracaq.

Partiya hesab edir ki, bu, əhalinin cibinə girməkdir. Büdcə kəsirini əhalinin hesabına aradan qaldırmağa hesablanmış bir addımdır.

Partiya Tarif Şurasını elektirik enerjisini qiymətinə yenidən baxmağa, qiymət artımındansa onun maya dəyərini aşağı salmağa çağırır və bildir ki, dünya standarları ilə müqayisədə Azərbaycanda bir kilovat-saat enerjinin alınmasına iki dəfədən artıq xərc çəkilir".