“Nəqliyyat qoçuları”nın daha bir təhlükəli şousu - Video

15 İyul 2016 15:15 (UTC+04:00)


AzNews.az xəbər verir ki, hadisə Masazırdan Novxanıya gedən yolda - Duz gölünün yaxınlığında baş verib. Belə ki, iki yol müfəttişləri yük daşıyan "Volqa" markalı avtomobili saxlamaq üçün qəzalı vəziyyətlər yaradıblar.
Avtomobili saxlamaq istəməyən yük daşıyan sürücü isə onlardan yayınmaq üçün müxtəlif təhlükəli manevrlər edib. Nəticədə həm onların, həm də digər sürücülərin həyatı təhlükəyə atılıb.

AzNews.az sözügedən hadisənin videosunu təqdim edir: