Mərkəzi Bankın səlahiyyətləri azaldıldı

15 İyul 2016 16:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 844) ilə təsdiq edilmiş "İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3.1-ci yarımbənddən "Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti," sözləri çıxarılsın.

2. 1.6.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

"1.6.6. Elektron sənədlərlə bağlı kargüzarlığın Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun həyata keçirilməsi.".

3. Əsasnaməyə əlavədə - "İdarələrarası elektron sənəd dövriyyəsi sisteminin iştirakçısı olan qurumların Siyahısı"nın 7-ci hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8-ci hissə əlavə edilsin:

"8. Publik hüquqi şəxslər.".