Ölkəyə qanunsuz gətirilən 10 min siqaret aşkarlandı - Fotolar

15 İyul 2016 17:05 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə tütün məmulatlarının axtarışı üzrə təlim keçmiş "Belıy" ləqəbli xidməti itin tətbiqi ilə baxış keçirilib. Yoxlama zamanı avtomobilin döşəməsinin sağ və sol tərəf kənarlarında olan boşluqlardan gömrük nəzarətindən gizlədilən 10 400 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.