Tərtərdə hərbi sursat aşkarlandı - Foto

15 İyul 2016 17:49 (UTC+04:00)

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Agentliyin nümayəndələri iyulun 15-də Ağdam rayonu Mahrızlı kəndində 1 ev və həyətyanı sahə və 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirib, partlamamış hərbi sursat aşkar edilməyib.

Tərtər rayonu Həsənqaya kəndində isə 1 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb.

Ümumilikdə 15 iyul tarixində 14 000 kv.m ərazi yoxlanılıb.

Trend.az