Ana və iki övladının ölümünə səbəb olan sürücü tutuldu

15 İyul 2016 20:35 (UTC+04:00)

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata görə, ilkin araşdırmalar zamanı müəyyən edilib ki, həmin hadisəni törədən 1989-cu il təvəllüdlü Orxan Heydərovdur. O hadisəni idarə etdiyi "Chevrolet" markalı, 10 PV 731 dövlət nömrə nişanlı avtomaşınla törədib.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb. O. Heydərov həmin cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Modern.az