Hindistanda kütləvi iğtişaşlar - 40 nəfər öldü

15 İyul 2016 22:20 (UTC+04:00)

Bundan əvvəl 38 nəfərin öldüyü, 1500-dən çoxunun yaralandığı bildirilirdi.

İyulun 8-dən başlayan iğtişaşlara səbəb "Hizbul-Mücahidin" separatçı qruplaşmasının fəal üzvü Burxan Müzəffər Vaninin təhlükəsizlik qüvvələri tərəfindən məhv edilməsi olub.

Pakistan "Camaati-İslami" partiyasının hərbi qanadı olan "Hizbul-Mücahidin" artıq 25 ildir Kəşmirin Hindistandan ayrılaraq Pakistana birləşməsi uğrunda mübarizə aparır. "Hizbul-Mücahidin" Hindistanda terror qruplaşması hesab edilir.


Apa.az