Azərbaycanın düşməni bizim düşmənimizdir - Binəli Yıldırım

15 İyul 2016 23:32 (UTC+04:00)

Bunu Türkiyənin baş naziri Binəli Yıldırım Ankarada jurnalistlərə açıqlamasında deyib.

"Ermənilər heç vaxt həqiqəti dəyişə bilməyəcəklər. Dağlıq Qarabağ Azərbaycanın torpağıdır", - B.Yıldırım bildirib.

Baş nazir qeyd edib ki, "Qarabağ hər qarış torpağında azərbaycanlıların izi, mədəniyyəti var".

"Mən istəyirəm ki, hər kəs bilsin: Azərbaycanın dostu dostumuz, düşməni isə düşmənimizdir. Azərbaycan torpaqlarının işğalı ədalətsizdir. Qaçqınlar və məcburi köçkünlərin tez bir zamanda öz evlərinə qayıtmalıdırlar. Türkiyə bunun üçün əlindən gələni edəcək", - B.Yıldırım əlavə edib.


Oxu.Az