"Atatürk" hava limanı da nəzarətə götürüldü - Uçuşlar dayandırıldı (Yenilənib)

16 İyul 2016 01:24 (UTC+04:00)

Hər iki körpünü əsgərlər müasirəyə alıb. Anadoludan Avropaya gedən avtomobillər geriyə göndərilir.

Türkiyənin iki iri magistral körpüsünə zirehli texnikalar cəlb olunub.

***

Son məlumatlara görə, Atatürk aeroportuna tanklar yeridilib. Türkiyə Baş Qərargah İdarəsi istiqamətində təcili tibbi yardım maşınları hərəkət edir. Daha əvvəl yayılan xəbərə görə isə sözügedən əraziyə vertolyotdan zərbə endirilib.

00:07
***

AzNews.az-ın yerli mətbuata istinadən xəbər verir ki, bir qrup əsgər "Atatürk" hava limanına daxil olub.

Son məlumata görə, hava limanında bütün uçuşlar dayandırılıb.

Əsgərlər hava limanında nəzarəti ələ keçirib.