Ordu Atatürk aeroportunu tərk etdi - İlk təyyarə endi

16 İyul 2016 03:14 (UTC+04:00)

Son gələn məlumatda isə vətəndaşların tankları o bölgədən tamamilə uzaqlaşdıraraq aeroporta girdiyi və Türk Hava Yollarının ilk təyyarəsinin aeroporta endiyi bildirilir. Çevriliş təşəbbüsçülərinin İstanbulun başqa nöqtələrində öz iqtidarlarını bərqərar etmək üçün silahdan istifadə etdiklərinə dair xəbərlər də verilir.

Mediaya açıqlama verən baş nazirin müavini Numan Kurtulmuş "Türkiyənin və Türk demokratiyasının bu çevriliş təşəbbüsündən daha da güclənərək çıxacağını" vurğulayıb.

Numan Kurtulmuş xalqı təhriklərə qapılmamağa çağırıb. Digər tərəfdən, İstanbulun məscidlərində əzan oxunmasına davam edilir. İstanbul baş polis idarəsinin yerləşdiyi Vətən prospektinə gedən vətəndaşlar "Allahü əkbər!"-nidaları səsləndirirlər.


Apa.az